BQXK-nın avtomobilləri aksiya ərazisindən maneəsiz keçib

post-img

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 2 avtomobilin hərəkətinə şərait yaradılıb.

AZƏRTAC xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə Laçın istiqamətində hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Son xəbərlər