Paşinyan yeni eskalasiya ehtimalını açıqlayıb

post-img

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yeni böyük eskalasiya ehtimalı var.

Caliber.Az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə o, bu gün, martın 14-də keçirdiyi mətbuat konfransında bildirib.

“İndi həm Ermənistan sərhədində, həm də Qarabağda gərginliyin eskalasiya ehtimalı çox yüksəkdir”, - Ermənistanın baş naziri bildirib.

Paşinyan bəyan edib ki, indiki vəziyyətdə aqressiv hərəkətlərin təşəbbüskarı, guya, Ermənistan deyil. Onun sözlərinə görə, “məhz bu səbəbdən Ermənistan Avropa İttifaqından müşahidəçilərin dəvət edilməsinə razılıq verib və ya qərar verib”.

Paşinyan hesab edir ki, beynəlxalq ictimaiyyət “yeni eskalasiya təhlükəsini yüksək səviyyədə bəyan etməlidir”. Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin mövqeyi dəyişməz olaraq qalır - “Laçın dəhlizinə və Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir”.

Son xəbərlər