Qaradağ rayonunun ərazisində fəaliyyət göstərən Cəbrayıl rayonu Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Tarix yaradan şəxsiyyət” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən məktəbin direktoru Aygün Hüseynova ulu öndərimizin həyatı və fəaliyyəti haqqında məlumat verib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini böyük tarixi hadisə adlandıraraq, dahi şəxsiyyətin ölkənin inkişafında göstərdiyi müstəsna xidmətlərinin, parlaq və şərəfli həyat yolunun və dövlətçilik fəaliyyətinin daha yaxından öyrənilməsi üçün bunun böyük fürsət olduğunu söyləyib.
Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev qeyd edib ki, Heydər Əliyevin həyat və fəaliyyətinin tarixi məqamlarını dönə-dönə qələmə almaq, insanlara çatdırmaq vətəndaşlıq borcu olmaqla yanaşı, həm də indiki və gələcək nəsillər üçün bir nümunədir.
Nazirliyin digər əməkdaşı Əhliyət Adıgözəlov isə Heydər Əliyevin Azərbaycan təhsilinin himayədarı olduğunu, bu sahədə çalışanlara, xüsusən müəllimlərə həmişə diqqət və qayğı göstərdiyini xatırladıb.
Tədbirdə məktəblilər Azərbaycana, ümummilli liderimiz Heydər Əliyevə, onun Vətən sevgisinə həsr olunmuş şeirlər söyləyiblər.
“Xalq qəzeti”

