Yapon diplomat Qusarda olub

post-img

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov özünün “Facebook” səhifəsində yazıb ki, bu günlərdə Yaponiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi DAİM-in qonağı olub. Görüş zamanı diplomata ölkə Prezidenti cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi daimi diqqət və qayğının nəticəsində Azərbaycanın digər bölgələrində olduğu kimi, Qusar rayonunda da əldə olunan uğurlar barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, rayonda 85 min hektara yaxın kənd təsərrüfatına ya­rarlı torpaq sahəsi mövcuddur. Bu­nun 29,3 min hektarı suvarılan, 55,3 min hektar isə dəmyə sahələrdir. Qusarın əhalisi ənənəvi olaraq taxıl­çılıq, meyvəçilik və heyvandarlıqla məşğuldur. 

Ötən ilin məhsulu üçün 23,3 min hektar ərazidə taxıl əkilmişdir. Rayon üzrə hər hektardan orta hesabla 31 sentnerdən çox məhsul götürülüb. Ra­yonda elə təcrübəli fermerlər var ki, öz taxıl sahələrindən daha yüksək məh­suldarlığa nail olublar. DAİM rəhbərliyi və mütəxəssislər qabaqcıl fermerlərin təcrübəsini yaymaqla, rayon üzrə buğ­da və arpa sahələrinin orta məhsuldar­lığının artırılmasına çalışırlar. 

Qusarda ötən il meyvəçilik sahə­sində də yaxşı göstəricilər əldə olu­nub. Belə ki, 2021-ci ildə rayon üzrə 54 min tona yaxın meyvə toplanıb. Məhsulun bir hissəsi bağlardan birba­şa ölkə bazarlarına və kənd təsərrüfatı yarmarkalarına daşınıb. 

Qalan hissəsi daha yaxşı qiymətə satılmaq üçün qonşu Rusiyaya göndə­rilib. 

Təqdirəlayiq haldır ki, son illər ra­yonda yeddi soyuducu tikilərək isti­fadəyə verilib ki, məhsulu daha uzun müddətə saxlamaq mümkün olsun. Rayon fermerləri meyvənin bir hissə­sini soyuducularda saxlayırlar ki, onu qış aylarında daha sərfəli qiymətə sata bilsinlər və bu yolla gəlirlərini artırsınlar. 

Yeri gəlmişkən, Yaponiyanın Azər­baycandakı səfirliyi son illər Qusar rayonunda bir çox sosialyönümlü layihələr icra edib. Bir neçə il bun­dan əvvəl rayonun Hil kəndinin su təchizatı sistemi yenilənib və yaşayış məntəqəsi təmiz, içməli su ilə təmin olunub. Kənddə tikinti işləri Yaponiya hökumətinin İnkişafa Rəsmi Yardımı (ODA) çərçivəsində “Ot kökləri və in­san təhlükəsizliyi qrant yardımı proq­ramı” vasitəsilə həyata keçirilib.

Layihə çərçivəsində 7,7 kilometr su borusu çəkilib, su anbarı, 72 ton həcmində rezervuar və 2 su bulağın­dan ibarət yeni su təchizatı sistemi qu­rulub. Ümumi dəyəri 83 min 320 ABŞ dolları olan layihədən kəndin 3 mindən çox sakini faydalanır. 

Bu, Qusar rayonunda Yaponiya hökumətinin dəstəyi ilə icra olunan dördüncü layihə idi. Bundan əvvəl Qu­sar şəhər 5 nömrəli məktəb binasının bərpası, Piral və Yasab kəndlərində su təchizatı sisteminin tikintisi həyata keçirilib.

Ötən il oktyabrın 28-də isə Yapo­niyanın ölkəmizdəki səfiri Cuniçi Vada ölkəsinin “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı” çərçivəsində Qusar rayonunun Düz­tahir kəndində tikilmiş tibb məntəqəsi ilə tanış olub. Səfir, həmçinin Qalacaq kəndində yerləşən “METAK” MMC-yə məxsus bağ sahələri, soyuducu qurğu və tara istehsalı müəssisəsinə baxış keçirib və iş adamları ilə görüşüb.

Qusar DAİM-in aparıcı mütəxəssisi Xələf Babayev bizimlə telefon söhbə­tində dedi ki, son günlər rayonun taxıl sahələri, meyvə bağları qar örtüyünə bürünsə də, fermerlər bekar otur­murlar. Onlar indi lafetlər vasitəsi ilə sahələrə üzvi və mineral gübrələr da­şıyır, eyni zamanda becərmə traktorla­rı və qoşqu mexanizmlərini qarşıdakı yaz-tarla işlərinə hazırlayırlar. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər