YAP-ın Təftiş Komissiyasının növbəti iclası

post-img

Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının martın 1-də növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmə­tindən bildirilib ki, Yeni Azər­baycan Partiyasının Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündə­liyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda 2023-cü ilin bi­rinci yarımilliyi üzrə partiya­nın yerli təşkilat aparatların­da təftişin aparılmasına dair Təftiş Cədvəli barədə danı­şılıb və digər cari məsələlər müzakirə olunub. 

YAP Təftiş Komissi­yasının üzvləri – Nizami Səfərov, Həsən Həsənov, Musa Musayev, Cavanşir Paşazadə, Aydın Hüseynov, Naqif Həmzəyev və Məlahət İbrahimqızı gündəlikdə du­ran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən son­ra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

 

“Xalq qəzeti”

Son xəbərlər