Avropa Komissiyasının prezidenti Londonda

post-img

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Böyük Britaniyaya səfər edib. “Reuters” agentliyi bu barədə Aİ rəsmisinin “Twitter” hesabındakı məlumata istinadən xəbər yayıb. 

Xəbər deyilir ki, Ur­sula Fon der Lyayen dünən Böyük Britani­yanın Baş naziri Rişi Sunakla görüşüb. Tərəf­lər bir çox regional və qlobal məsələləri, xü­susilə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı görülən işləri müzakirə ediblər. 

Yer gəlmişkən, səfər zamanı Ursula Fon der Lyayenin Vin­dsor qəsrində Kral Çarlz ilə də görüşü planlaşdırılıb. 

 

M.HACIXANLI, “Xalq qəzeti”

Son xəbərlər