Türkiyə İsveçin NATO-ya üzvlüyünü dəstəkləmir

post-img

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq edə bilməz. Bu barədə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib. Məlumatı “Anadolu” yayıb. 

XİN başçısı deyib: “İsveç və Finlandiya NA­TO-ya daxil olmaq üçün üzərlərinə müəyyən öh­dəliklər götürüblər. İsveç tərəfindən biz bütün ad­dımların həyata keçirildi­yini görmürük, ona görə də hazırkı mərhələdə onun alyansa daxil ol­masına razılıq verə bil­mərik”.

Çavuşoğlu bildirib ki, İsveç hökuməti bəzi öhdəlikləri ye­rinə yetirib, ölkə konstitusiya­sına dəyişikliklər edib: “Amma bu ölkədə Türkiyənin terror təşkilatı kimi tanıdığı PKK hələ də fəaliyyət göstərir”.

Xatırladaq ki, Türkiyə və İs­veç nümayəndələri məsələ ilə bağlı bu il martın 9-da Brüssel­də görüşəcəklər.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər