Ukrayna: Rusiya aviahücuma hazırlaşır

post-img

Ukraynanın şərqində Rusiyanın xüsusi hərbi əməliyyatı davam edir. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının verdiyi məlumata görə, rus ordusu əsas səylərini Baxmut istiqamətində cəmləşdirib. Şəhərin ələ keçirilməsi üçün hücumlar intensivləşib. Ancaq Ukrayna Silahlı Qüvvələri zərbələri dəf edə bilir. Məlumatı UNİAN verib. 

Son məlumatlara görə, Kupyansk, Liman, Avdeyevka və Şaxtyorsk istiqamətlərində də hücumlar davam edib. Uk­rayna ordusu sutka ərzində, ümumiyyətlə, 81 hücumu dəf edib. 

Baş Qərargahın məlumatı­na görə, Rusiya qoşunları İran istehsalı olan “Şahid” pilotsuz uçuş aparatları ilə paytaxt Ki­yevə də hücum edib. Hücum zamanı Ukrayna Hava Hücu­mundan Müdafiə Qüvvələri 9 aparatı məhv edib.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nü­mayəndəsi Andrey Çernyak isə bildirib ki, Rusiya Ukrayna ilə sərhəd yaxınlığına hücum təyyarələri toplayır. Çernyakın sözlərinə görə, Rusiya ordusu həmin qırıcılardan Ukraynanın strateji ərazilərinin işğalı üçün başlayacağı əməliyyatlar za­manı istifadə etmək niyyətin­dədir.

Ukrayna Prezidenti Volo­dimir Zelenski son günlərdə müzakirə olunan Çinin sülh təşəbbüsünə münasibət bil­dirib. “Mənə elə gəlir ki, bu, Çinin sülh planı deyil, mövcud vəziyyətlə bağlı düşüncələr­dir, - deyə Zelenski qeyd edib: - Bunun sülh planı olduğunu düşünmürəm. Mənə elə gəlir ki, Çin, sadəcə, öz fikirlərini bil­dirib. Yaxşı ki, Çin Ukraynadakı müharibədən danışmağa baş­layıb. Sözün arxasında nəyin dayanması isə başqa məsələ­dir”.

Qeyd edək ki, rəsmi Peki­nin təklif etdiyi 12 bəndlik sülh planı haqqında Avropa İttifaqı­nın Xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Jo­zep Borrell də danışıb. Onun fikrincə, Ukraynadakı vəziyyə­tin nizamlanması üçün Çinin təklif etdiyi fəaliyyət planını məqbul hesab etmək olmaz. Çünki sənəd qurbanla təca­vüzkarı eyni səviyyəyə qoyur. Eyni zamanda, burada daha vacib məsələlər çatışmır.

 

 Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər