Baş prokuror ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri ilə görüşüb

post-img

Fevralın 27-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Litvanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Avropa İttifaqının cinayət yolu ilə əldə olunmuş əmlakların bərpası sahəsində həyata keçirilən Tvininq layihəsinin icrası və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Prezident İlham Əliyevin 2022-ci ilin 3 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumat verilib. Mütərəqqi informasiya texnologiyalarının tətbiq edildiyi və hazırda test rejimində fəaliyyət göstərən EPİS platforması qonaqların marağına səbəb olub.



Son xəbərlər