Azərbaycanlı rəssamın Xocalı faciəsi ilə bağlı əsəri Tallin küçələrində sərgilənib

post-img

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar soyqırımının beynəlxalq aləmdə tanıdılması məqsədilə tədbirlər davam edir.

Ölkəmizin Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Tallin şəhərinin bir sıra küçə və meydanlarında, böyük ticarət mərkəzlərinin üzərində quraşdırılmış lövhələrdə Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nur tərəfindən Xocalıya həsr olunan rəsm əsəri videoçarx şəklində nümayiş etdirilərək eston cəmiyyətinə çatdırılıb.





Qan yaddaşı