Ötən iki gündə 12 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Polis əməkdaşlarının fevralın 25-də və 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12,2 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 490 qramdan artıq heroin, 11,3 kiloqramdan çox marixuana, 40 qramdan artıq metamfetamin, həmçinin 328 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Son xəbərlər