Vyanada Avstriya azərbaycanlıları ilə görüş keçirilib

post-img

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) əməkdaşlarının Xocalı soyqırımının ildönümü günlərində Avstriyaya səfəri çərçivəsində paytaxt Vyanada bu ölkədə yaşayan azərbaycanlılarla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsi­nin sədri Fuad Muradov Xocalı soyqı­rımının 31-ci ildönümü ilə bağlı diaspor nümayəndələrinin bütün dünyada, elə­cə də Avropa informasiya məkanında gördüyü işlərdən söz açıb.

Litvalı jurnalist Riçardas Lapaitis Ermənistanın xalqımıza qarşı apardığı etnik təmizləmə siyasətindən, Xocalı sakinlərinin başına gətirilən dəhşətli hadisələrdən danışıb. Çıxış edənlər bu bəşəri cinayəti törədənlərin beynəlxalq məhkəmə qarşısında indiyədək cavab vermədiklərini və hələ də cəzalandırıl­madığını təəssüflə vurğulayıblar. 

Tədbir diaspor təşkilatlarının müxtəlif layihələrinin təqdimat mərasi­minin keçirilməsi və qarşılıqlı fikir mü­badiləsinin aparılması, maraqlı və va­cib təkliflərin səsləndirilməsi ilə davam edib. 

 

“Xalq qəzeti”

Son xəbərlər