Təqsirkarlar saxlanılıb

post-img

Türkiyədə kütləvi insan tələfatı və irimiqyaslı dağıntılarla nəticələnən zəlzələdən sonra çökmüş binalarla əlaqəsi olan 600-dən çox şəxs barədə araşdırma aparılır.

Türkiyə mediası xəbər verir ki, şübhəli bilinən 182 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Bunlar tikinti podratçısı, bina sahibləri və ya idarəçiləridir.

Ədliyyə naziri Bəkir Bozdağ bildi­rib ki, yoxlamalar davam edir və bəzi hallarda binaların uçduğu yerlərdə yeni maddi sübutların tapılması cinayət işi üzrə istintaqa əsas verir. Nazir əlavə edib ki, zəlzələ zonasında 351 oğurluq hadisəsi qeydə alınıb, 284 şəxs şübhə­li qismində saxlanılıb.

Xatırladaq ki, fevralın 6-da Tür­kiyədə baş vermiş güclü zəlzələ böyük dağıntılara səbəb olub və nəticədə 44 mindən çox insan həlak olub.

 

“Xalq qəzeti”

Son xəbərlər