Gənc polislər Vətənə xidmət andı içdilər

post-img

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri polis polkovniki Süleyman Neymətov iştirak edib.

Mərasimində çıxış edən nazir gənc polislərə Azərbaycan Respub­likasının Prezidenti, Silahlı Qüv­vələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin daxili işlər orqanları­na göstərdiyi yüksək diqqət və qay­ğıdan danışıb, məzunlara ölkənin Daxili İşlər Naziri general-polkov-nik Vilayət Eyvazovun təbrikini çatdııb.

Daxili İşlər Nazirliyi Veteranlar Şura­sının sədri, istefada olan polis polkov-niki Yusif Həsənovun və Orta İxtisas Polis Məktəbinin rəisi polis polkovniki Kamil Məmmədəliyev, şəhidın həyat yoldaşı Gülnar Rzayeva polis kadrları hazırlığı üçün yaradılan yüksək şərai-tə görə dövlət başçısına minnətdarlıq ediblər, gənc polislərə qarşıdakı xidmə­ti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra gənc əməkdaşlar təntənə­li surətdə polis andı içiblər. Mərasim şəxsi heyətin nizami sıralarla təntənəli marşla keçidi ilə başa çatıb.

 

Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər