Azərbaycan XİN Beynəlxalq Ədalət Məhkəməsinin qərarına münasibət bildirib

post-img

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işlər üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarlarına münasibət bildirib.

XİN-in açıqlamasında deyilir: “Məhkəmənin 2021-ciil 7 dekabr tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflərin mübahisəsini gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfin­dən bir daha təsdiq edilməsini alqışlayırıq.

Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmama­sına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənista­nın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətin­də səylərini davam etdirəcək.

Həmçinin Azərbaycan tərəfindən etirazların “təş­kili və dəstəkləməsini dayandırması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayırıq.

Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyət­ləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addım­ları atdığı və atacağına dair, habelə 2020-ci il 10 no­yabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.

Azərbaycan beynəlxalq hüquq çərçivəsində əha­lisinin hüquqlarını müdafiə etməyə və Ermənistanı davamlı olaraq ağır insan haqları pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək”.

 

“Xalq qəzeti”

Son xəbərlər