Şəkidə “Heydər Əliyev İli”nə həsr olunan tədbir

post-img

“Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən ulu öndərin zəngin və çoxşaxəli irsinə həsr olunan silsilə tədbirlər həyata keçirilir. Bu münasibətlə nazirliyin Şəki regional ədliyyə idarəsində regionun ədliyyə işçiləri və könüllüləri üçün “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbir təşkil olunub. Tədbirdə regional idarənin, YAP rayon Təşkilatının, Gənclər və idman idarəsinin əməkdaşları, bölgənin 80-ə yaxın ədliyyə işçisi və könüllüləri iştirak ediblər. 


Əvvəlcə ümummilli liderin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb və mərkəzdə ulu öndərin mənalı ömür yolundan bəhs edən maraqlı eksponatlarla tanışlıq olub.


Sonra başlanan tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndərin əziz xatirəsi, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.  


Şəki regional ədliyyə idarəsinin rəisi Abdulla Yusifov çıxış edərək dahi öndərin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən danışıb, yubiley ili ilə əlaqədar keçirilən tədbirlərə toxunub. 


Tədbirdə demokratik hüquqi dövlət quruculuğunda Heydər Əliyevin irsindən, dövlət gənclər siyasətindən bəhs olunub, çıxışlar edilib.
Gənclər ulu öndərin dövlətçilik ideyalarının hər kəsə örnək olduğunu və ondan daim bəhrələndiklərini söyləyiblər. 
Sonda əbədiyaşar liderin tarixi xidmətlərinə, o cümlədən dövlət gənclər siyasətinə həsr olunan film nümayiş etdirilib. 

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Son xəbərlər