Bu ilin yanvar-mart aylarında Azərbaycandan Tunisə 94,5 milyon ABŞ dolları dəyərində 183,7 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən XQ-yə verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 52,7 faiz, həcm baxımından isə 86,2 faiz üstələyir.
Ümumilikdə cari ilin ilk rübündə ölkədən 2,5 milyard dollar dəyərində 5 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında Tunis 6-cı yerdə qərarlaşıb və ixrac həcminin 3,62 faizi bu ölkənin payına düşüb.

