Azərbaycanın Çin ilə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur

post-img

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilə nisbətdə 4,6 faiz artaraq 779,4 milyon dolları üstələyib.

XQ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 12,44 faiz təşkil edib.

İqtisadiyyat