“Qoşadaş”da dənizin dibi öyrənilir

post-img

“Qoşadaş” sahəsində 3D seysmik çöl işlərinin aparılmasına hazırlıq məqsədilə ilkin mərhələdə dəniz dibinin tədqiqatına başlanılır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Bildirilib ki, tədqiqatın əvvəlcədən aparılması, gələcəkdə seysmik çöl işləri zamanı nodların optimal yerləşdirilməsini və nəzərdə tutulan əməliyyatların səmərəliliyini təmin edəcək. Əldə olunan nəticələr seysmik proqramın uğurla həyata keçirilməsinə dəstək verəcək.

Tədqiqat çərçivəsində dəniz dibinin şəraitini dəqiq xəritələndirmək və potensial maneələri müəyyən etmək məqsədilə qabaqcıl çoxşüalı və sonar texnologiyalarından istifadə olunur ki, bu da dənizdibi nodların daha təhlükəsiz və optimal yerləşdirilməsini təmin edir.

Qeyd edək ki, tədqiqat işlərini ARDNŞ-ın Geofizika və Geologiya İdarəsi “SOCAR Fugro” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir. Belə layihələrin icrası gələcəkdə nəzərdə tutulmuş çöl işlərinin daha səmərəli aparılmasına və yüksəkkeyfiyyətli seysmik məlumatların əldə olunmasına şərait yaradacaq.

XQ

İqtisadiyyat