Abşeronun bəzi ərazilərində işıq olmayacaq

post-img

Bu gün Abşeron rayonunun bu ərazilərində elektrik enerjisinin verilməsində fasilə olacaq.

Bu barədə XQ-yə "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Əliağa Vahid" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 11:30-dan saat 14:00-dək Xırdalan şəhəri Nizami, Şıxəli Qurbanov, Sarı Aşıq küçələrində, Kənd Narlıq ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

İqtisadiyyat