Bu il minik avtomobili yığılması 2 dəfə artıb

post-img

Ölkəmizdə 1300-dən çox maşın buraxılıb

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında ölkədə 1302 ədəd və ya 2024-ci ilin müvafiq ayları ilə müqayisədə 695 ədəd və yaxud 2,1 çox minik avtomobili istehsal olunub. Bununla da respublikada 134 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə ölkədə 144,1 milyon manat dəyərində maşın və avadanlıq, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. 2024-cü ilin birinci rübü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 20,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz artıb.

Bu ilin birinci rübündə Azərbaycanda 124 ədəd traktor istehsal edilib. Bu, 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə 25,3 faiz azdır. Nəticədə cari il aprelin 1-nə ölkədə 11 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Eyni zamanda, bu ilin ilk 3 ayında Azərbaycanda 28 ədəd yük avtomobili istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 86 faiz azdır. Nəticədə bu il aprelin 1-nə ölkədə 15 ədəd hazır məhsul ehtiyatı yaranıb.

İqtisadiyyat