Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 20 milyard 691 milyon manat və ya hər nəfərə orta hesabla 2 min 22,6 manat olub.
Məlumatda qeyd edilir ki, əhalinin sərəncamında qalan gəlirləri 18 milyard 85 milyon manat təşkil edib.