İnformasiya və rabitə sektoruna yatırım çoxalıb

post-img

Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu getdikcə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında sözügedən sektora 77,1 milyon manat investisiya qoyulub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz çoxdur.

Komitənin məlumatında bildirilib ki, təkcə mart ayında informasiya və rabitə sektoruna investisiya qoyuluşu 27 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 34 faiz artıqdır. Bütövlükdə isə, cari ilin birinci rübündə ölkə iqtisadiyyatına yönəldilmiş ümumi investisiyanın 2,2 faizi məhz bu sektorun payına düşüb.

Xatırladaq ki, 2024-cü ildə ölkənin informasiya və rabitə sektoruna investisiya qoyuluşu 630,4 milyon manat olub. Bu da 2023-cü illə müqayisədə 59,5 faiz çoxdur.

İqtisadiyyat