“Azəri–Çıraq–Günəşlı” (AÇG) yataqlar blokunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neft hasilatına başlanılmasının 1 ili tamam olur. “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda quraşdırılmış sayca 7-ci hasilat platformasından ötən 1 il ərzində 852 min ton neft çıxarılıb. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ACE texnoloji və rəqəmsal baxımdan ən qabaqcıl platformalardan biridir. Onun innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verir. Bu da əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir.