Nəqliyyata yeni güzəştlər

post-img

Nəqliyyat sektorunda dövlət idarəetməsinin daha çevik və səmərəliyi məqsədilə “Nəqliyyat haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Layihədə “Azərbaycan Dəmir Yolları” (ADY) və onun strukturuna daxil olan qurumların öz fəaliyyət istiqamətləri üzrə müəyyən işlərin görülməsi üçün lisenziya və icazələrin alınmasından azad ediləcəyi nəzərdə tutulub.

Lisenziya və icazə tələb olunmayan fəaliyyət növlərinin siyahısının isə qanun qəbul edildikdən sonra təsdiqlənəcəyi qərara alınıb. “Nəqliyyat haqqında” Qanunda nəzərdə tutulan dəyişiklik inzibati prosedurların sadələşdirilməsinə, nəqliyyat sektorunda dövlət müəssisələrinin daha operativ fəaliyyət göstərməsinə və vahid idarəetmə prinsiplərinin tətbiqinə xidmət edir. Qeyd edilir ki, analoji güzəştlər daha əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi və Azərbaycan Respublikası Kosmik Agentliyi (“Azərkosmos”) üçün də tətbiq edilmişdi. Yeni dəyişikliklərin nəqliyyat və kommunikasiya sektorunda dövlət müəssisələrinin fəaliyyətinin daha səmərəli və sürətli icra

 

İqtisadiyyat