İlin ilk ayında 556 milyon 453 min dollarlıq əməliyyat aparılıb
Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay respublikamızla MDB ölkələri arasında 556 milyon 453 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çox) dəyərində ticarət əməliyyatları reallaşıb. Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkəmizin ümumi ticarət dövriyyəsinin 33,57 faizini təşkil edib.
Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 411 milyon 812 min dollar (1 il əvvələ nisbətən 55,5 faiz çox), Ukrayna ilə 44 milyon 448 min dollar (11,7 faiz az), Belarusla 33 milyon 189 min dollar (4,3 faiz az), Türkmənistanla 26 milyon 352 min dolları (22 faiz az), Qazaxıstanla 24 milyon 691 min dollar (41,6 faiz çox), Özbəkistanla 14 milyon 578 min dolları (13,2 faiz çox), Qırğızıstanla 822 min dollar (88,5 faiz az), Moldova ilə 418 min dollar (20,7 faiz az), Tacikistanla 136 min dollar (52,8 faiz çox) olub. Yanvarda Azərbaycanın MDB ölkələrinə məhsul ixracının dəyəri 19,5 faiz artaraq 120 milyon 234 min dollar təşkil edib.
Bu dövrdə Azərbaycandan Rusiyaya 81 milyon 145 min dollar (illik müqayisədə 7,3 faiz çox), Ukraynaya 22 milyon 762 min dollar (9,4 dəfə çox), Belarusa 4 milyon 723 min dollar (31,1faiz az), Türkmənistana 3 milyon 4 min dollar (25,1 faiz az), Qazaxıstana 5 milyon 693 min dollar (68,4 faiz çox), Özbəkistana 2 milyon 612 min dollar (31,5 faiz çox), Qırğızıstana 91 min dollar (98,5 faiz az), Moldovaya 107 min dolları (36,7 faiz az), Tacikistana 93 min dollar (ötən ilin yanvar ayında ixrac olmayıb) dəyərində məhsul ixrac edilib.
Ölkənin ümumi ixracında MDB ölkələri 3,95 faiz, o cümlədən Rusiya 2,67 faiz, Ukrayna 0,75 faiz, Türkmənistan 0,10 faiz, Belarus 0,15 faiz, Qazaxıstan 0,19 faiz, Özbəkistan 0,09 faiz, Qırğızıstan, Moldova, Tacikistan isə cüzi paya sahib olub.
Yanvar ayında Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri 35,9 faiz artaraq 436 milyon 219 min dollar təşkil edib.
Bu dövrdə Azərbaycana Rusiyadan 330 milyon 667 min dollar (74,8 faiz çox), Ukraynadan 21 milyon 686 min dollar (54,8 faiz az), Belarusdan 28 milyon 466 min dollar (2,3 faiz çox), Türkmənistandan 23 milyon 348 min dollar (21,5 faiz az), Qazaxıstandan 18 milyon 998 min dollar (35,1 faiz çox), Özbəkistandan 11 milyon 966 min dollar (9,8 faiz çox), Qırğızıstandan 731 min dollar (20,5 faiz az), Moldovadan 311 min dollar (13,1 faiz az), Tacikistandan 43 min dollar (51,7 faiz az) dəyərində məhsul idxal edib.
Ölkənin ümumi idxalında MDB ölkələri 21,25 faiz, o cümlədən Rusiya 16,11 faiz, Ukrayna 1,06 faiz, Türkmənistan 1,14 faiz, Belarus 1,39 faiz, Qazaxıstan 0,93 faiz, Özbəkistan 0,58 faiz, Qırğızıstan 0,04 faiz, Moldova 0,02 faiz, Tacikistan isə cüzi paya sahib olub.