“Qobu” ES-də 6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib

post-img

“Qobu” modul tipli Elektrik Stansiyasında istismara verildiyi tarixdən fevralın 1-dək 6,3 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

Energetika Nazirliyindən  bildirilib ki, stansiyanın 2022-ci il fevralın 11-də Abşeron rayonu Qobu qəsəbəsində açılışı olub.

Stansiya ümumi gücü 385 meqavat olmaqla, hər biri 18,32 meqavat gücündə 21 ədəd qaz porşen aqreqatından ibarətdir.

İqtisadiyyat