İşğaldan azad olunan ərazilərdə hazırda tikintisi davam edən yarımstansiyalar açıqlanıb

post-img

Hazırda işğaldan azad edilən ərazilərdə 35 kV-luq yeni güc mərkəzinin tikintisi, Laçında isə müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərişıq” ASC-nin sədrinin texniki məsələlər üzrə müşaviri Vüsal Qənbərov Zəngilanda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bunlarla yanaşı 110/35/10 kV-luq “Minkənd” yarımstansiyasının inşası, “Ağbulaq SES” və “Minkənd” yarımstansiyası arasında 35 kV-luq ikidövrəli özünüdaşıyan isolyasiyalı naqil (ÖİN) xəttinin çəkilişi yekunlaşmaq üzrədir.

“Xocalıda “Xocalı” yarımstansiyası və idarəetmə mərkəzinin tikintisi, Əsgəranın Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi davam edir. Xocavənddə “Zoğalbulaq” yarımstansiyası ilə Hadrut “Qovşaq” yarımstansiyası arasında 35 kV-luq dövrəli ÖİN xətti çəkilir. Həmçinin Ağdam, Füzuli və Cəbrayıl rayonlarında müasir tələblərə cavab verən yeni transformator yarımstansiyaları tikilir. Qubadlı rayonunda isə inşa edilən Rəqəmsal İdarəetmə Mərkəzində son tamamlama işləri aparılır”, - deyə Vüsal Qənbərov vurğulayıb.

İqtisadiyyat