Nazir müavini: 2030-cu ilədək iki metrostansiyanın tikintisi başa çatdırılacaq

post-img

“Bakı Metropoliteni” QSC-nin 2030-cu ilə qədər inkişafına dair yenilənmiş proqramına əsasən 2 stansiyanın tikintisinin tamamlanması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda mətbuat konfransında bildirib.

Nazir müavini qeyd edib ki, bununla da sərnişin axını 88 milyon nəfərədək artırılacaq.

“Daha 2 stansiyanın tikintisinin tamamlanması, 1 stansiyanın təmirinin başa çatdırılması və 8 yeni stansiyanın inşası daxildir”, - deyə nazir müavini əlavə edib.

İqtisadiyyat