Tramp: Putin mənimlə görüşmək istəyir, bu görüş təşkil olunur

post-img

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onunla görüşmək istəyini bildirib və belə bir görüş artıq “təşkil olunur”. Məlumatı “Anadolu” yayıb. 

Floridadakı Mar-a-Laqo iqamətgahında respublikaçı qubernatorlarla görüşdən sonra jurnalistlərə açıqlama verən Tramp Rusiya-Ukrayna müharibəsi mövzusunu şərh edib və Putinlə danışıqlar planlarını açıqlayıb.

“O, (Putin) mənimlə görüşmək istəyir, biz bu görüşü təşkil edəcəyik. Prezident Putin görüşmək arzusunu açıq şəkildə ifadə edib. Biz bu müharibəni dayandırmalıyıq, bu, çox qanlıdır”, - deyə Tramp mümkün görüşün vaxtı ilə bağlı təfərrüatları açıqlamayıb.

Əvvəllər Tramp dəfələrlə bəyan edib ki, vəzifəyə gəldikdən sonra Rusiya-Ukrayna müharibəsinə mümkün qədər tez son qoymaq niyyətindədir və bunu Rusiya prezidenti ilə müzakirə etməyə hazırdır.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya