Azərbaycanın qeyri-neft ixracı artıb

post-img

Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-neft sektorunda məhsul istehsalının artmasına səbəb olub. Bu da ixracın strukturunun genişləndirilməsinə imkan yaradıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, 2024-cü ilin ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 3 milyard 90,6 milyon ABŞ dolları təşkil edib. Nəticədə, Azərbaycanın qeyri-neft ixracının dəyərində rekord göstərici qeydə alınıb.

Yeri gəlmişkən, cari ilin yanvar-noyabr aylarında qeyri-neft məhsullarının ixracında qeydə alınmış göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çox olub. Xatırladaq ki, 2023-cü ildə Azərbaycandan 3 milyard 348 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

İqtisadiyyat