24 ölkəyə 21,5 milyon ton neft ixrac olunub

post-img

Cari ilin yanvar–noyabr aylarında Azərbaycan dünyanın 24 ölkəsinə 13 milyard 304 milyon 395,4 min dollar dəyərində 21 milyon 555 min 781,63 ton neft ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Komitənin hesbatına əsasən, bu ilin 11 ayında İtaliyaya 6 milyard 141 milyon 532,2 min dollarlıq 9 milyon 862 min 810,89 ton neft ixrac edilib. Bununla da, İtaliya əvvəlki dövrlərdə olduğu kimi, Azərbaycanın ümumi neft ixracında yenə birinci olub. Ölkəmizin ümumi neft ixracında ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 977 milyon 547,28 min dollar dəyərində 1 milyon 583 min 207,32 ton neft ixrac olunub. Siyahıda ilk üçlüyü isə Xorvatiya tamamlayıb. Belə ki, 11 ayda bu ölkəyə 873 milyon 398,61 min dollarlıq 1 milyon 436 min 178,46 ton neft göndərilib.

Xatırladaq ki, hesabatda qeyd olunan göstəricilərdə yanvar–noyabr aylarında gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb.

İqtisadiyyat