İstehlak bazarı 67 milyard manatı ötüb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar–noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 67,4 milyard manat (keçən ilin müvafiq dövrünə nisbətən 4,8 faiz çox) təşkil edib. Həmin göstəricinin 80 faizi pərakəndə ticarətin, 16,9 faizi ödənişli xidmətlərin, 3,1 faizi isə ictimai iaşənin payına düşüb.

Qeyd edək ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 64,7 milyard manata bərabər olub, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində əldə edilib.

İqtisadiyyat