Azərbaycan qazı Slovakiyada alovlanacaq

post-img

Dekabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti Slovakiyanın dövlətə məxsus ən böyük enerji təchizatçısı – SPP şirkətinə təbii qaz tədarükünə başlayıb. Bu barədə socar.az saytı məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı SOCAR və SPP arasında qısamüddətli pilot müqavilə əsasında reallaşdırılan əməkdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycan və Slovakiya şirkətləri daha uzunmüddətli enerji tərəfdaşlığını inkişaf etdirməyi hədəfləyirlər.

Göründüyü kimi, Avropada Azərbaycan qazına olan tələbat getdikcə artır ki, bu da SOCAR-a öz ixrac istiqamətlərini şaxələndirməyə imkan yaradır. Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya və Şimali Makedoniya ilə birlikdə Slovakiya Azərbaycan
qazını alan on ikinci ölkə olub.

İqtisadiyyat