Çiyələk əkini Cəlilabadda gəlirli sahəyə çevrilir

post-img

Cəlilabad rayonunda çiyələk şitili əkini davam edir. Rayon Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il əkin sahələrinin 50-60 hektar artırılacağı gözlənilir. Bu səbəbdən də fermerlər növbəti mövsümdə sahələrdən bol məhsul götürməyə ümid edirlər.

Xatırladaq ki, bu ilin məhsulu üçün rayon ərazisində 606 hektar sahədə çiyələk bitkisi əkilib. İndiyədək sahələrdən 16 min tondan çox məhsul yığılıb. Çiyələk sahələri üzrə hektarın orta məhsuldarlığı 26,16 ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,75 ton çoxdur.

Yığılan məhsul daxili bazarda satılmaqla yanaşı, Rusiya, Belarus və ərəb ölkələrinə də göndərilib.

İqtisadiyyat