“Yevlax Pilot Aqropark”ın yeni layihələri

post-img

Dövlət satınalmalarının vahid internet portalında İqtisadiyyat Nazirliyinin Tikinti–Təchizat Birliyinin “Yevlax Pilot Aqropark”da tikinti işlərinin ikinci mərhələsi üçün planlaşdırılan layihələrin icrası məqsədilə “M-NAF” MMC ilə dəyəri 31 milyon 259 min manatlıq müqavilə bağlandığı bildirilib.

Qeyd edək ki, “Yevlax Pilot Aqropark”ı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər davamlı şəkildə davam etdirilir. Belə ki, dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəcərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Pilot aqroparkda müasir aqrar-sənaye kompleksi yaradılmasının klaster fəaliyyətinin qurulması hesabına həyata keçiriləcəyi nəzərdə tutulur.

Layihə çərçivəsində 60 hektarda Yevlax və Goranboy rayonlarından, Mingəçevir şəhərindən sosial cəhətdən həssas 60 ailə özünəməşğulluq proqramına cəlb olunacaq.

İqtisadiyyat