BVF ölkəmizdə inflyasiyanın azalacağını proqnozlaşdırıb

post-img

Beynəlxalq Valyuta Fondu (BVF) 2024-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 2,1 faiz, 2025-ci ildə 4,8 faiz, 2029-cu ildə isə 4 faiz səviyyəsində proqnozlaşdırıb. Bu, BVF-nin hesabatının oktyabr sayında öz əksini tapıb.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda illik inflyasiya 2,1 faiz təşkil edərək Mərkəzi Bankın hədəf diapazonunun aşağı həddinə (4% ± 2%) yaxınlaşıb, orta illik inflyasiya isə 8,8 faiz olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–sentyabr aylarında orta illik inflyasiya 1,5 faiz təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları 0,4 faiz, qeyri-qida məhsulları 1,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 3,3 faiz bahalaşıb.

İqtisadiyyat Nazirliyi Azərbaycanda orta illik inflyasiyanın 2024-cü ildə 2,7 faiz, 2025-ci ildə 4,6 faiz, 2026-cı ildə 4 faiz, 2027-2028-ci illərdə isə 3,8 faiz olacağını proqnozlaşdırıb.

İqtisadiyyat