Əmlak icarəsi büdcəyə 28 milyon manat qazandırıb

post-img

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, bu ilin 9 ayında 459 qeyri-yaşayış sahəsinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat, 2571 torpaq sahəsinin icarəsindən isə 23 milyon manat məbləğində vəsait ödənilib. Ümumilikdə, hesabat dövründə qeyri–yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 3030 yeni müqavilə bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə müqavilələrin sayı 21 faiz çox olub.

Hesabat dövründə daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 28,3 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artım qeydə alınıb.

İqtisadiyyat