Gələn il 30 rayonda da şəkər çuğunduru əkiləcək

post-img

Azərbaycanda gələn il 30 rayonda şəkər çuğundurunun yetişdirilməsi nəzərdə tutulub. Bunun üçün əkin sahələrinin 9 min hektara qədər genişləndirilməsi planlaşdırılıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, cari il ölkə üzrə 24 rayonda 7400 hektar sahədə şəkər çuğunduru əkilib. Ümumilikdə 280–290 min ton məhsul götürülməsi nəzərdə tutulub. Bu hesabla orta məhsuldarlığın hər hektara 45 ton təşkil edəcəyi gözlənilir. Hazırda sahələrdə məhsul yığımı davam edir.

Qeyd edək ki, 2023-cü ildə 4700 hektar sahədə şəkər çuğunduru əkilib və 204 min ton məhsul tədarük olunub.

İqtisadiyyat