9 ayda 167,6 milyon manat güzəştli kredit

post-img

Sahibkarlığın İnkişafı Fondu müvəkkil kredit təşkilatları vasitəsilə cari ilin 9 ayı ərzində 4116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit ayırıb.

Fonddan aldığımız məlumata əsasən, yanvar–sentyabr aylarında sahibkarların investisiya layihələrinə verilmiş güzəştli kreditlərin sayına görə “Bank Respublika”, “Rabitabank”, “AccessBank”, “Yelo Bank” və “Aqrarkredit” maliyyə qurumları fərqləniblər.
Qeyd edək ki, sahibkarlar fondun güzəştli kreditlərindən yararlanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət etməlidirlər. Müvəkkil kredit təşkilatlarına fondun əməkdaşlıq etdiyi banklar, bank olmayan kredit təşkilatları və kredit ittifaqları aiddir.

İqtisadiyyat