Bakı Şəhər Statistika İdarəsindən aldığımız məlumata əsasən, cari ilin yanvar–avqust aylarında paytaxt sənayesində istehsal olunan malların və göstərilmiş xidmətlərin həcmi 35,4 milyard manat təşkil edib. Sənaye məhsulunun 75,9 faizi mədənçıxarma, 20,9 faizi emal, 2,3 faizi elektrik enerjisi istehsalı və təchizatı, 0,9 faizi isə su təchizatı sektorlarının payına düşüb.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,5 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,1 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,9 faiz təşkil edib.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranan ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 sentyabr 2024-cü il vəziyyətinə 470,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 31,4 milyon manat məbləğində digər məhsullar da saxlanılıb.