Ölkəmizin Avropada əsas enerji tərəfdaşlarından olan Serbiya ilə iqtisadi münasibətlər yeni mərhələyə qədəm qoyur. Azərbaycan qazının alıcıları sırasında mövqeyini getdikcə gücləndirən bu ölkə, həm də “yaşıl” enerji tərəfdaşımıza çevrilir. Elə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Serbiyaya səfəri çərçivəsində imzalanan mühüm sənədlər də iki ölkə arasında enerji əməkdaşlığının möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.
Energetika Nazirliyinin məlumatına görə, ikitərəfli enerji əməkdaşlığının inkişafı məqsədilə Belqradda səfərdə olan energetika naziri Pərviz Şahbazov ilə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Dedoviç Handanoviç arasında görüş keçirilib. Tədbirdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafında Azərbaycan və Serbiya dövlət başçılarının dostluq əlaqələrinin mühüm rolu vurğulanıb.
Söhbət zamanı Bolqarıstan–Serbiya interkonnektoru birləşdirici kəmər vasitəsilə Azərbaycan qazının Serbiyaya tədarükündən məmnunluq ifadə edilib və enerji tərəfdaşlığının yaşıl enerji sahəsində genişləndirilməsi perspektivləri dəyərləndirilib. Eyni zamanda, Xəzər–Qara dəniz–Avropa yaşıl Eneri Dəhlizi layihəsinin həyata keçirilməsi kontekstində Azərbaycan ilə Serbiya arasında yaşıl enerji sahəsində infrastruktur layihələrinin reallaşdırılması və elektrik enerjisinin ticarəti məqsədilə əməkdaşlığa maraq ifadə edilib.
Nazirlər Serbiyada "mavi yanacağ"ın saxlama imkanları və qazla işləyən elektrik stansiyasının inşasında Azərbaycan Dövlət Neft Şirkətinin SOAR potensial iştirakı məsələlərini də müzakirə ediblər. Bununla yanaşı, enerji əməkdaşlığının gündəliyində olan bütün bu məsələlər üzrə işçi qrupun yaradılması barədə razılığa gəlinib, OP2 Sədrliyinin enerji təşəbbüsləri və Eneri Günü çərçivəsində keçirilən tədbirlərdə iştirakla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın Avropaya qaz tədarükü bazarlarını genişləndirmək hədəfi çərçivəsində Serbiya ilə əməkdaşlıqdan məmnun olduğunu vurğulayan energetika naziri Pərviz Şahbazov deyib: Bu gün SOAR və Srbiagas arasında qaz təchizatı üzrə yeni müqavilənin və iki ölkənin yaşıl enerji sahəsində əməkdaşlığına dair sənədin imzalanması enerji tərəfdaşlığımızı möhkəmləndirən yeni səhifə açır. Gələcəkdə qaz tədarükünü 1 milyard kubmetrə çatdırmaqla bağlı planlar, bərpaolunan enerji resurslarımızın tədarükü Serbiyanın enerji təchizatının şaxələnməsinə və enerji keçidinə töhfə verəcək.
Serbiyanın mədənçilik və energetika naziri Dubravka Dedoviç Handanoviç ölkələrimiz arasında enerji sahəsində gələcək əməkdaşlığın perspektivlərindən söhbət açaraq deyib: Bu gün imzalanan sənədlərlə enerji sahəsində əməkdaşlığımız daha da güclənəcək. Enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan şirkətlərinin təcrübəsi ilə birgə həyata keçirə biləcəyimiz infrastruktur layihələri üçün güclü platforma qururuq. Yaşıl enerji potensialımızın artırılması və sizin dəstəyinizlə həyata keçirdiyimiz qaz təchizatının diversifikasiyası üzrə vizyonumuz üst-üstə düşür. Təbii qaz və yaşıl enerji sahəsində əməkdaşlığımız Serbiyanın enerji təchizatına sabitlik və enerji təhlükəsizliyi gətirəcək".
Yekunda SOAR və Srbiagas arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Yeri gəlmişkən, yeni qaz müqaviləsi 2024-cü ilin noyabrın 1-dən 202-ci il aprelin 1-dək əlavə gündəlik 1 milyon kubmetr qazın təchizatını nəzərdə tutur. Anlaşma Memorandumu isə bərpaolunan enerjinin və yaşıl hidrogenin istehsalı – ticarəti, birgə təşəbbüs və layihələr üzrə əməkdaşlığı təşviq edir. Sənədə əsasən, bərpaolunan enerji sahəsinə qarşılıqlı investisiya, yeni yaşıl texnologiyaların tətbiqi, karbon tutma, utilizasiya və saxlama, elektromobillik, eneri saxlancı və yaşıl maliyyələşdirmə istiqamətlərində əməkdaşlıq ediləcək.
Xatırladaq ki, 2023-cü il noyabrın 1-də SOAR və Srbiagas şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb. Müqavilə 2024202-cı illərdə ölkəmizdən Serbiyaya 2027-ci ildən tədarük həcminin artırılması imkanı ilə ildə 400 milyon kubmetrədək qaz tədarükünü nəzərdə tutur. Azərbaycan qazının Serbiyaya tədarükü isə 2024-cü ilin fevralında başlayıb.