285 min manat vəsait alıcılara qaytarılıb

post-img

Cari ilin yanvar–avqust ayları ərzində istehlakçıların tələblərini ödəməyən malla­rın qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı olan 1508 müraciət üzrə 285 min manatadək vəsait sahibkarlar tərəfindən istehlakçılara qay­tarılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən XQ-yə bildirilib ki, qurum sahibkar–isteh­lakçı münasibətlərinin inkişafına və istehlakçıların hüquqlarının daha eti­barlı qorunmasına yönələn tədbirləri davam etdirir.

İqtisadiyyat