Azərbaycan Mərkəzi Bankı və Astana Maliyyə Xidmətləri Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Mərkəzi Bankın bu barədə məlumatında memorandumun qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasına, əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, eyni zamanda maliyyə bazarlarının təhlükəsiz fəaliyyətinin təşviqinə və məlumat mübadiləsinin genişləndirilməsinə töhfə verəcəyi bildirilib. Anlaşma Memorandumu çərçivəsində qurumlar arasında təcrübə və məlumat mübadiləsinin aparılması, eləcə də qarşılıqlı səfərlərin təşkilinin həyata keçirilməsi də nəzərdə tutulub.