İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, İraq Ticarət Palatalar Federasiyasının prezidenti Abdulrazaq Al-Zuheyrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkı ilə tanışlığı zamanı onlara agentliyin idarəçiliyindəki sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli investisiya imkanları, tətbiq olunan vergi və gömrük güzəştləri barədə məlumat verilib, iraqlı iş adamları müəssisələrdə yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.
Səfər çərçivəsində qonaqlar Sumqayıt Kimya Sənaye Parkının foyesində quraşdırılan İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən buraxılan məhsulların nümunələrindən ibarət stendə baxış keçiriblər. Daha sonra nümayəndə heyəti “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin kabel zavodunda gedən istehsal prosesi ilə tanış olublar.