Cari ilin ötən aylarında Azərbaycan MDB ölkələri ilə 4 milyard 209 milyon ABŞ dolları dəyərində qarşılıqlı ticarət əməliyyatları aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkəmizin ümumi ticarət dövriyyəsinin 30,37 faizini təşkil edib.
Bu dövrdə ölkəmizin ümumi ixracında MDB ölkələri 6,08 faiz, o cümlədən Rusiya 4,21f aiz, Ukrayna 0,7 faiz, Türkmənistan 0,34 faiz, Belarus 0,16 faiz, Qazaxıstan 0,38 faiz, Özbəkistan 0,12 faiz, Qırğızıstan 0,13 faiz, Moldova 0,02 faiz, Tacikistan 0,02 faiz paya sahib olub. Yanvar–avqustda Azərbaycanın MDB ölkələrindən məhsul idxalının dəyəri isə 3 faiz azalaraq 3 milyard 100 milyon ABŞ dolları təşkil edib.
Ölkənin ümumi idxalında MDB ölkələri 24,29 faiz, o cümlədən Rusiya 17,08 faiz, Ukrayna 1,47 faiz, Türkmənistan 1,83%, Belarus 2,15 faiz, Qazaxıstan 0,81 faiz, Özbəkistan 0,88 faiz, Qırğızıstan 0,04 faiz, Moldova 0,03 faiz, Tacikistan 0,004 faiz paya sahib olub.