Cari ilin yanvar-avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 227 milyon 501,6 min manat vergi daxil olub.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-neft-qaz sektorunda daxilolmalar 7 milyard 744,2 milyon manat təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 878,6 milyon manat və ya 12,8 faiz çox olub.
Ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi isə neft-qaz sektorunun payına düşüb.