Neft Fondunun Çinlə investisiya əməkdaşlığı

post-img

Azərbaycan Dövlət Neft Fondunun icraçı di­rektoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında iş­güzar səfərdə olub. Fondun mətbuat xidmətindən aldığımız məlumata əsasən, səfər çərçivəsində nü­mayəndə heyəti 24-cü Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisinin açılış mərasimində iştirak edib və bu ölkənin bir sıra dövlət və özəl sektor qurumları ilə görüşlər keçirib.

Çin Xalq Respublikası Baş nazirinin müavini He Lifeng və digər dövlət qurumlarının nümayəndələri ilə dəyirmi masa­da iki ölkənin suveren sərvət fondlarının birgə fəaliyyəti üçün mövcud olan imkanlar, potensial tərəfdaşlıq sahələri, eləcə də investisiya tədbirləri çərçivəsində davamlı inkişaf məsələləri müzakirə edilib, “yaşıl” enerji təcrübələrinin tətbiqinə dair fi­kir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Çin İnvestisiya Korporasiyasının (ÇİK) sədri Penq Çun ilə reallaşan görüşdə ARDNF və ÇİK arasın­da əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub və birgə fəaliyyətin bundan sonra da davam etdirilməsinə dair qarşılıqlı maraq ifadə edilib. 

Çin İnvestisiya Korporasiyası sədrinin müavini Liu Hao­linq, “Blackstone” investisiya qrupunun prezidenti Conatan Qrey, “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flatt, Çin Xalq Bankının sədr müavini Xuan Changneng, Çinin “China Energy Engineering Corporation”, “CATL”, “HiTHIUM”, digər sənaye və enerji şirkətlərinin rəhbərləri ilə də görüşlər keçirilib.

İqtisadiyyat