Neft hasilatı artacaq

post-img

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ilədək hasilatı 0,5 faiz artıracağını proqnozlaşdırır.

Agentliyin bu barədə yaydığı məlumata görə, ötən il SOCAR-ın neft və qaz hasilatı, ümumilikdə, gündəlik 286 min barel neft ekvivalenti səviyyəsində sabit olub: “Bu, Azərbaycanın neft hasilatının 8 faiz azalması və qaz hasilatının 3 faiz artmasının ardınca baş verib. Azərbaycanın neft hasilatı tarixən azalıb və biz bunun dəyişəcəyini gözləmirik. Güman edirik ki, təbii qaz hasilatının artması hesabına ­SOCAR-ın hasilatı 2023-2025-ci illərdə hər il 0,5 faiz artacaq”.

 

İqtisadiyyat