3 KOB subyekti “Startap” şəhadətnaməsi alıb

post-img

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. KOBİA-dan verilən məlumata görə,  iclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi alan KOB subyektlərinin sayı 164-ə yüksəlib.

KOB subyektləri bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə edilən gəlirlər üzrə mənfəət vergisindən 3 il müddətinə azad edilirlər.

 

İqtisadiyyat